Azərbaycan ordusu şəhid verdi

Azərbaycan ordusu şəhid verdi

Miq.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, mayın 8-də qoşunların təmas xəttində düşmənlə atışmada Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Heydərov Əli İntiqam oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Heydərov Əli İntiqam oğlu Bakının Qobu qəsəbəsindən hərbi qulluğa çağrılıb. Yaxınlarının  verdiyi məlumata görə, mayın 10-da onun ad günü olmalı idi.  

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az