Gülən təriqətinin “SOCAR-Türkiyə”dəki UZAQVURAN TOPU-İlqar Mehmetoğlu

Gülən təriqətinin “SOCAR-Türkiyə”dəki UZAQVURAN TOPU-İlqar Mehmetoğlu
 4-cü yazı

Miq.az saytına Türkiyənin İstanbul şəhərindən daxil olmuş "SOCAR Turkey Enerjy” və SOCAR-dakı fətullahçılarla bağlı şikayət məktublarını oxuculara təqdim edirik. Miq.az-ın redaksiyasına daxil olan məktublar əsasında MİQ Analitik Araşdırma Qrupunun hazırladığı bu araşdırma yazısında fətullahçılar tərəfindən neytrallaşdırılan kadrlar və onların bəzilərinin öz sahələrinə uyğun təsir imkanlarının məhdudlaşdırılması barədə söhbət açılır. Bundan qabaq saytımızda gedən "Gülən təriqətinin "SOCAR-Türkiyə”dəki UZAQVURAN TOPU"-İlqar Mehmetoğlu sərlövhəli məqalələri aşağıdakı linklərdən oxuya bilərsiniz...

 [url=http://miq.az/az/gulen-teriqetinin-socar-turkiyedeki-uzaqvuran-topu-ilqar-mehmetolu/]http://miq.az/az/gulen-teriqetinin-socar-turkiyedeki-uzaqvuran-topu-ilqar-mehmetolu/[/url]

Fətullah Gülənin SOKARdakı QARANLIQ adamı-İlqar Mehmetoğlu

 Saytların İlqar Mehmetoğlununun Gülən təriqətinin "SOCAR- Türkiyə”də qorxunc, vacib, qaranlıq adamı kimi təqdim etdiyi müxtəlif sərlövhəli yazılarda "Qaranlıq adam” deyimi diqqətimzi bir az da çəkdi. Düzü, bu qədər geniş və rahatca QARANLIQ  işlərə sahiblik edənin, adının olduğu kimi səslənməsi bizim üçün məsələnin olsa-olsa bir tərəfi idi. Digər səbəbi isə Azərbaycan Respublikasının  xaricdəki ən böyük sərmayələrinə rəhbərlik edənlərlə bir sırada dayanan "SOCAR”-ın Türkiyədəki törəmə şirkəti "SOCAR Turkey Enerjy”-nin İnsan Qaynaqları Departamentinin rəhbəri, ”Energy of Turkey” dərgisinin Baş redaktoru (Genel yayın yönetmeni), ”STEAŞ”-in məsul redaktoru (Sorumlu Yazı işleri Müdürü) və redaksiya heyətinin üzvü (Yayın Kurulu), ”SOCAR TURKEY”-nin Məsul Yazı İşləri Müdiri (Məsul Yazı İşləri Müdiri) və başqa titulları qazanmış İlqar Mehmetoğlunun ictimaiyyətə çox az tanıdılması, hətta tanıdılmaması onun haqqında "QARANLIQ  ADAM” imicini bir daha möhkəmləndirmiş olur. Hətta bu günə kimi onun birgə çalışdığı və yaxın olduğu adamlar belə İlqar Mehmetoğlunun fəaliyyətləri bir yana avtobioqrafiyasından belə xəbərsizdirlər. Oda ki, ola ictimaiyyət...

  Kifayət qədər saylı titullara sahiblik edən İlqar Mehmetoğlunun nə saytlarda nə bir informasiya məkanında nəinki biyoqrafiyasına, heç şəkil və görüntüsünə belə rast gəlmək mümkün deyil. Sovetlər dönəmində kimlərin bu cür məxfi bir qaydada ictimaiyyətdən, eləcə də qohum- əqrəbasından gizlədilməsi faktları hər kəsə yaxşı bəllidir. Ola bilsin ki, dövlətin vacib sirrlərinin qorunması üçün bu cür adamların cəmiyyətdən gizlədilməsi də vacib idi. Bəs "SOCAR Turkey Energy”-nin İnsan Qaynaqları Departamentinin rəhbəri olan ”SOCAR-Türkiyə”nin "Energy of Turkey” dərgisinin Baş redaktoru (Genel yayın yönetmeni) kimi təqdim olunan bir insanın bioqrafiya və foto şəkillərinin belə gizlədilməsi görəsən hansı məqsəd və məramlardan doğur???

  Sonda bir məsələyə də önəm verərək "SOCAR Turkey Energy" –nin yeni rəhbəri Zaur Qəhrəmanovun diqqətinə çatdırmaq istərdik ki, Sizi Azərbaycanda, eləcə də SOCAR-dan kənarda tanıyanların haqqınızda dedikləri təkcə sənə yox, həm də Azərbaycan gənclərinə böyük etimad və ümidin təntənəsidir. İlqar Mehmetoğludan fərqli olaraq haqqınızda məlumatlar da, foto şəkilləriniz çeşid-çeşiddir. Haqqınızda ictimaiyyətin fikirləri də çox yaxşı ampuladadır. Təkcə bütün dünyanın yaxşı tanıdığı və qəbul etdiyi məşhur yazıçımız Çingiz Abdullayevin münasibəti təkcə sizə dəstək yox, həm də böyük bir etimadın nümunəsidir. Bu hər bir yurdsevər və "Azərbaycanlıyam” deyən insanın sizə olan etimadıdır, başa düşülən qədər də öyündürücüdür.

Amma yeni təyinatınızı bufer edərək sizə yaxınlıq edən, İstanbulun, İzmirin təmtəraqlı otel və salonlarınnda sağlığınıza badələr qaldıran, bəli məhz badələr qaldıran İlqar abilərə, Rakif Fəracovlara bir az diqqətlə baxın. Şübhəsiz təyinatınızı alqışlamaqla insani hissləri ortaya qoymaq lazımdır. Amma bir-iki il öncə Gülən təriqəti üzvlərinin təbriki də belə deyildi, indisə böyük bir həvəslə badələr qaldıran bu adamların ətrafdakılardan seçilməmək təlimatları, hətta alkaqol qəbulu təlimatları da yuxarıdan gələndir. Vaxtı ilə bu "priyom"dan Əskişəhərdə və başqa yerlərdə yaralanan gülənçilər zənn edirlər ki, köhnə taktika yenə işə yarayır. Amma tanıyanlar yaxşı bilir ki, İlqar Mehmetoğlu, Rakif Fərəcov kimdir! Bu siyahı isə təəssüf ki, hələlik "SOCAR Turkey Energy”də, eləcə də”Petkim” də bir qədər də uzundur...

Miq.az

Mövzunu davam etdirəcəyik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 


ANONS:


1.Ərdoğanın prezident İlham Əliyevə verdiyi məxfi dosyedə fətullahçılarla bağlı kimin adı verilib; 

2.Fətullahçıların Azərbaycan hakimiyyətində şəbəkələşməsi barədə MİT-in məlumatlarını 

3.Xaricdən hakimiyyət daxilinə sızmaları təsdiqlənən şəbəkə

3.Gülən-Ərdoğan qarşıdurmasının Azərbaycana sıçraması 

4.Türkiyə istihbaratının siyahısı və bizim tam təfərrüatını  bilmədiyimiz məxfi dosye şəxsən prezident İlham Əliyevə təqdim edilib.

5.Bu savaş isə təkcə Türkiyə daxilindən deyil, Ərdoğanın ifadəsi ilə desək, "Pensilvaniyadan idarə olunan dəzgah”ın xaricdəki şəbəkələrinin də üzə çıxmasını vacib edib. 

6.Azərbaycan hakimiyyətini də təhdid edə biləcək "nurçu şəbəkə” barədə...

Bütün bunlar Miq.az-ın növbəti araşdırmasında

 MİQ.az-ın İnformasiya Araşdırma Qrupu

Bizi izləyin!!!



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az