Türkiyə ordusu daha iki şəhid verdi

Türkiyə ordusu daha iki şəhid verdi
Türkiyə ordusu yenidən şəhid verib.

Diyarbakırın Licə qəsəbəsində davam edən əməliyyatlar zamanı terrorçularla baş verən atışma zamanı ordunun iki əsgəri ağır yaralanıb. Yaralı hərbçilər dərhal xəstəxanaya çatdırılsalar da onların həyatını xilas etmək mümkün olmayıb. Hər iki əsgər xəstəxanada dünyasını dəyişib.

Türkiyənin ordusunun baş qərargahından məlumat təsdiqlənib və bildirilib ki, bölgədəki terrorçuların zərərsizləşdirilməsi üçün həyata keçirilən genişmiqyaslı əməliyyatlar davam etdirilir. /Anspress.com/
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az