AŞPA həmməruzəçiləri Azərbaycana səfər edəcəklər

AŞPA həmməruzəçiləri Azərbaycana səfər edəcəklər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda noyabr ayında yennidən Azərbaycana səfər etməyi planlaşdırır.

Miq.Az xəbər verir ki, bu barədə Report-a AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi Sezar Florin Preda (Rumıniya) bildirib.

Onun sözlərinə görə, səfər noyabr ayının ikinci ongünlüyünə planlaşdırılır.

Qeyd edək ki, hazırda həmməruzəçilər Bakıdadırlar və AŞPA müşahidə missiyasının tərkibində Azərbaycanda keçirilən referendumun monitorinqini keçirirlər.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az