Qarabağda erməni əsgəri öldü

Qarabağda erməni əsgəri öldü
19 yaşlı əsgər bu səhər vurulub

Azərbaycanın işğal altında olan torpaqlarında daha bir erməni əsgəri ölüb. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, ölən 1998-ci il təvəllüdlü Mqer Feliksoviç Arzumanyandır.

Məlumata görə, əsgər ölümü bu gün saat 09 radələrində, cəbhənin cənub istiqamətində baş verib.

Əsgər ölümünün hansı şəraitdə baş verdiyi araşdırılır. 

Son dəfə ermənilər Qarabağda əsgər ölümü haqqında informasiyanı aprelin 25-də yayıblar. İstiPress "news.am”a istinadən verdiyi məlumata görə, erməni ordusunun 19 yaşlı əsgəri Karen Avetisyan cəbhədə ölümcül yaralanıb.

Bir gün öncə isə 1997-ci il təvəllüdlü Arutyunyan Narek Amayakoviçin ölüm xəbəri yayılmışdı. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az