Azərbaycan Prezidenti: Nikol Paşinyan hərbi işğal faktını etiraf etdi

Azərbaycan Prezidenti: Nikol Paşinyan hərbi işğal faktını etiraf etdi

Suriyanın şimal-şərqində, hazırda şiddətli döyüş əməliyyatlarının getdiyi İdlib bölgəsində Rusiyanın TOS-1A "Solntsepyok” ağır odsaçan maşınları görünüb.

Virtualaz.org xəbər verir ki, sosial şəbəkələrdə yayılmış görüntülərə əsasən TOS-1A "Solntsepyok” maşınlarını daşıyan qoşqular İdlib istiqamətində hərəkət edir. Həmin texnika Suriyanın qərbindən daşınıb. Bölgəyə azı 3-4 ağır odsaçan maşınlarının göndərildiyi bildirilir.

Bu yerdəyişmə Türkiyənin Suriya ordusu ilə birbaşa hərbi toqquşmadan sonra İdlibə çoxsaylı ağır texnika və canlı qüvvə yeritməsinin ardınca baş verir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq edib ki, türk əsgərlərinə atəş açılması halında Əsəd rejimi qüvvələrini təkcə Suriyanın şimalındakı deeskalasiya zonasında deyil, "hər yerdə” vuracaqlar.
vuracaqlar.

Azərbaycan da daxil olmaqla cəmi bir neçə ölkənin silahlanmasında yer alan TOS-1A "Solntsepyok” ağır odsaçanları öz dağıdıcı gücünə görə "cəhənnəm silahı” da adlandırılır. Bir yaylım atəşi ilə 40 min kvadratmetr sahədə hər şeyi yandırıb kül edir. Rusiya bu silahları bir neçə il əvvəl Suriya ordusuna verib və Əsəd qüvvələri həmin silahdan İŞİD qüvvələrinə qarşı döyüşlərdə istifadə edib.
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az