Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Miq.Az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Samir Quliyev Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 33-cü Polis Bölməsinə (PB) rəis təyin edilib.

Qeyd edək ki, S.Quliyev bu təyinata qədər Qaradağ RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, daha əvvəl Suraxanı RPİ-nin 33-cü PB-nin rəisi polis polkovnik-leytenantı Tuncay Abbasov olub. O, aprel ayında işdən azad edilərək Binəqədi RPİ-nin 7-ci PB-nin rəisi vəzifəsinə təyin olunub.

T.Abbasov deputat Aqil Abbasın oğludur.(report.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az