Azərbaycanda benzin BAHALAŞDI

Azərbaycanda benzin BAHALAŞDI

"Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik edilib.

Miq.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli təsdiqləyib.

O bildirib ki, ölkədə "Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60 AZN olub:

"Aİ-98” markalı benzini xarici ölkədən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub. Mənbə ölkələrdə məhsulun qiyməti artıb”.

Qeyd edək ki, "Aİ-98” super markalı benzinin qiyməti 1,55 AZN idi. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az