“Ağızlarına gələnə danışırlar. Çıx ortaya də…” – Qurban Yetirmişlidən ƏSƏBİ REAKSİYA

“Ağızlarına gələnə danışırlar. Çıx ortaya də…” – Qurban Yetirmişlidən ƏSƏBİ REAKSİYA
Son zamanlar Azərbaycanda zəlzələ ocaqları aktivləşib. Doğrudur, bu zəlzələlərin maqnitudası böyük olmur. Amma istənilən halda cəmiyyətdə təhlükə siqnalları yaradır. 

Bəs görəsən, qarşıdakı dönəmdə Azərbaycanda dağıdıcı zəlzələ gözlənilirmi?

SAVASH.ORG xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O bildirib ki, hər gün təkanlar olur, çünki sönük planetdə yaşamırıq: 

"Azərbaycanda dağıdıcı zəlzələ gözlənilmir. Ölkəmizdə elə bir zəlzələ ərazisi yoxdur ki, güclü aktivləşmə olsun. Biz bir parametrlə, xırda təkanlarla tədqiqat aparmırıq. Bu məsələ ilə bağlı GPS stansiyaları var. Litosferdə gedən hərəkətlərin istiqaməti, sürəti araşdırılır. Burada qravitasiya sahəsinin dəyişməsi, geomaqnit şüalarının qeydiyyata alınması, sulardakı makro və mikro komponentlər, qazlar, radioaktiv elementlərin dəyişməsi və s. nəzərə alınır.

Ona görə arxayınlıqla deyirik ki, katastrofik zəlzələ gözlənilmir. Mən insanlara fala baxaraq "gedin, evdə rahat oturun”demirəm. Çünki biz hesablayırıq ki, nə qədər enerji ayrıldı və nə qədəri qaldı. Tədqiqatımızın nəticəsinə görə arxayınlıqla milyonlarla insanı evə çağırıram. Bəziləri ağzına gələni danışırlar. Deyirlər ki, "zəlzələ olacaq”. Kim deyir ki, olmayacaq? Mən detalları izah edirəm, təqdiqatlara güvənib danışıram. Sən nəyə əsasən deyirsən? Çıx ortaya! De ki, buna görə deyirəm ki, zəlzələ olacaq, fikrini əsaslandır”.  

Tural Abbaslı

"Böyük əksəriyyət artıq imzatoplama prosesini başa çatdırıb. 6-7 nəfərin namizədliyi isə təsdiq edilib. AĞ Partiyadan 1-2 nəfər namizədliyini geri götürüb. Lakin mənim hələ ki belə fikrim yoxdur. Lazımi sənədləri toplayıb, imzaları təqdim etmişik. Bir neçə gün ərzində namizədliyimin təsdiq olunacağı gözləniləndir.

Namizədliyini irəli sürməyən yaxud da geri götürən partiya liderləri ilə bağlı fikir söyləmək düzgün olmaz. Çünki hər biri bu addımı hansı səbəbə atdıqları ilə bağlı fikir səsləndiriblər. Bu izahların məqbul olub-olmadığını seçicilər qiymətləndirməlidir. 3-5 gün ərzində hansı proses baş verir ki, namizədliyini irəli sürüb, imza toplamağa başlayan şəxslərin birinin yaşı, siyasi mühitin olub-olmaması, digərinin ortalıqda tək qaldığı yadına düşür”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az