Eldar Əzizov və onun komandası - "Düşünə bilərsiz ki, yazı sifarişlidir. Bəli elədir ki, var..."

 Eldar Əzizov və onun komandası -


Əslində, Eldar müəllimin yaxşı komandası olmalı idi. Peşəkar, beynəlxalq təcrübəli, abad və təmiz şəhərimizi bərbad günə qoymayan komanda. Qar yağanda, şaxta düşəndə gözdən ilim-ilim itən, bir gün qabaq "biz hazırıq deyib” yalançı piar edən komanda yox. Bu barədə bir qədər sonra...

 

Eldar müəllim keçmiş komsomol işçisidir. Amma bu qədər illərdən sonra yenilənmə hiss olunmalı idi. İnnovasiyanı hiss etmirik Eldar müəllim.

 

Bakıda ümumşəhər iməcliyi keçirilir » www.Yenilik.Az

 

Qarlı-şaxtalı havada polis əməkdaşları bilmirdi yol açsın, yol təmizləsin, nəqliyyatın hərəkətinə nəzarət etsin. Əlacsız yola qum duz da səpirdilər. Səmimi etitraf edək ki, polis əməkdaşları qəhrəmanlıq göstərdilər. Bu həqiqətdir. Əslində belə olmamalı idi. Niyə biz isizn rəhbərlik etdiyiniz komandanın çevik və diqqətəlayiq hərəkərini görmədik?

 

 

Yasamal ərazisində bir qrup gənc sürüşən avtomobilləri qəzadan qorumaq üçün canlarını sipər etmişdi. Sağ olsunlar. Bəs bu hadisəyə necə qiymət verirsiz? O yol təmizlənməli idi. Camaatın canı bahasına yox büdcədən ayrılan vəsaitin düzgün istiqamətdə xərclənməsi hesabına.

 

Yasamalda buz bağlayan yollar sakinlərə çətinlik yaşadıb - VİDEO - Oxu.az

 

 

Sosial media hesablarında 100-lərlə belə video faktlar var. Müsair texnika axtardıq gözümüzə Mənzil İstismar Sahəsinin əməkdaşları dəydi. Əllərin bel, süpürgə ilə. Acınacaqlı durumdur Eldar müəllim. Başqa necə ifadə edim bu yaşananları?

 

 

 

Amma niyə biz də başqa dövlətlərdə olduğu kimi prospekt və küçələrimizin fasiləsiz bir neçə qar təmizləyən avtomobillə təmizlənməsini görməyək. Bakı ətrafı və yaşayış binalarının qarşısı və məhəllələri demirəm. Ora ümumiyyətlə yaddan çıxıb.

 

 

Biz niyə digər ölkələrdə bu işi görən şirkətlərlə qarşılıqlı əməkdaşlıq etmirik, informasiya mübadiləsi aparmırıq. Varsa da görmürük. Yalnız xaricə gedib gəzib gəlmək yox kadr yetişdirməyi nəzərdə tuturam. Hanı inkişaf, hanı innovasiya, hanı xərclənən pulların müsbət nəticəsi?

 

Bakıda tuneli su basanda demişdiz axşam toplaşacaqsız. Cavabı da olmadı. Bu günlərlə bağlı bəs nə tədbir görüldü?

 

Qanqster də olsa ALKAPONenin yaxşı bir sözü var. O deyirmiş ki, "Problem sənə toxumayana qədər sən problemə toxunma”.

 

Eldar müəllim problem axı nəinki toxunur, o qapıdadır və artıq içəri də daxil olub. Bəlkə problemə toxunasız, həll olunsun deyə.

 

Eldar müəllim bəlkə brifinq keçirəsiz? Bu yazıda olan və olmayan sualları ünvanlaya bilək.

 

Dərhal düşünə bilərsiz ki, yazı sifarişlidir. Bəli elədir ki, var. Bu sosial sifarişdir. Sualları cavabsız qalan sosial sifariş...

 

Tural Müseyibov

 

Ajans.az-ın baş redaktoru





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az