24 ilin zabitindən Birinci vitse-prezident Mehriban Əliyevaya ŞİKAYƏT - "Xalq Sığorta" məni süründürür
Keçmiş zabit dövlət qurumlarından və sığorta şirkətindən narazıdır
Azərbaycan ordusunun keçmiş zabiti, Şirvan şəhər Üzeyir Hacıbəyov küçəsi, ev 64 saylı ünvanda yaşayan Əhmədov Zaur Zakir oğlu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib.
Zaur Əhmədov müraciətin mətnini Miq.Az-a da təqdim edib.
24 il Azərbaycan ordusunda xidmət etmiş zabit hüquqlarının tapdalanmasından narazılıq edir: "Hörmətli Mehriban xanım! Mənim şikayətim Xalq sıgorta şirkətindəndir ki, məhkəmələrə necə tapşırıbsa, hakimlər də onların dediyin edirlər, qanunlara əməl etmirlər. Bildirirəm ki, 24 il Azərbaycan ordusunda xidmət etmişəm və Aprel döyüşlərinin iştirakcısıyam. Hazırda öz arzumla təqaüdə çıxmışam. Evim olmadığı üçün 12.08.2015-ci il tarixdə Şirvan şəhər Ü. Hacıbəyov kücəsində yerləşən 64 saylı evi ipoteka ilə aldım. Həmin tarixdə Xalq Sığorta mənimlə əmlaka dair sığorta müqaviləsi bağladı. Lakin 2017-ci ildə evin divarlarında böyük çatlar əmələ gəldi və getdikcə də artmağa başladı. Bu barədə Xalq Banka və Xalq Sığortaya bildirdim. Heç bir köməklik edilmədi, sığorta ödənişi üçün səbəb olmadığını bildirdilər".
"Xalq sıgorta" şirkəti məhkəmələrə necə tapşırıbsa...
Bildirirəm ki, evi alan zaman "Roveks Konmark MMC" şirkəti tərəfindən (yüz əlli manat ödəniş etmişəm) ev qiymətləndirilib.
"Xalq Sığorta" ASC Azsurvey MMC şirkətinin verdiyi rəyi əlində əsas tutaraq bildirir ki, sizə sığortadan heçnə düşmür. Sığorta şirkətinin işçisinə bildirirəm ki, mən evi sığorta edəndə bunları deyərdiniz də. Azsurvey MMC şirkətinə o zaman müraciət edərdik gəlib yoxlayıb rəy verərdi. Cavab verirlər ki, həmin zaman işçilərimiz təcrübəsiz idilər. Başa duşmurəm, bu nə deməkdir? Evdə çatların əmələ gəlməsi ilə baglı yoxlama aparılaraq rəy verilməsi barədə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə məktub yazdım. Gəlib baxdılar və məktuba cavab verdilər ki, hansısa institutla müqavilə bağla.
Hakimdən gülməli qərar- amma evə mərmi düşməyib
Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinə müraciət etdim. Yoxlamanın ödənişli olduğunu bildirdilər. Sonra isə məktubuma cavab bildirdilər ki, sizin fərdi yaşayış evinizlə baglı köməklik göstərilməsi səlahiyyətlərimiz xaricindədir. Bundan sonra məhkəmələrə müraciət etdim.
Məhkəmələr də sığorta şirkətinin xeyrinə qərar qəbul etdi. Yasamal rayon məhkəməsində hakim hökmdə bildirir ki, evin yaxınlığında hərbi zavodda partlayiş olub, amma evə mərmi düşməyib. Apelyasiya məhkəməsi də həmin qərarı qüvvədə saxladı.
Sığorta şirkətinin vəkili-bahalı sığorta etdirməmisiniz deyə sizə pul düşmür
Sığorta şirkətinin vəkili bildirir ki, siz bahalı sığorta etdirməmisiniz ona görə sizə pul düşmür. Bu nə sözdür, mən düşmənəm ki?
22.06.2018- ci il tarixdə ipoteka fonduna yazılı müraciət etsəm də, hələ bu günədək cavab gəlməyib.18.08.2018-ci il tarixdə sığorta müqaviləsinin vaxtı bitdikdən sonra "Xalq Sığorta" şirkəti müqavilə baglamaqdan imtina etdi.
"Bütün dövlət qurumlarına müraciət etmişəm"
Zaur Əhmədov bundan sonra Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinə müraciət edib: "Əvvəlcə ödənişli olduğunu bildirdilər. Sonra isə məktubuma cavab verdilər ki, sizin fərdi yaşayış evinizlə bağlı köməklik göstərilməsi səlahiyyətlərimiz xaricindədir. Bundan sonra məhkəmələrə müraciət etdim. Məhkəmələr də sığorta şirkətinin xeyrinə qərar qəbul etdi. Ali Məhkəməyə müraciət etmişəm, məhkəmənin vaxtı 15.02.2019-cu il tarixdədir. 22.06.2018- ci il tarixdə İpoteka Fonduna yazılı müraciət etsəm də, bugünədək cavab gəlməyib. 18.08.2018-ci il tarixdə sığorta müqaviləsinin vaxtı bitdikdən sonra Xalq Sığorta müqavilə bağlamaqdan imtina etdi. Bu məsələ ilə bağlı Milli Məclisə, Fövqəladə Hallar Nazirliyinə, Ramiz Mehdiyevə, Maliyyə Bazarlarına Nəzarət Palatasına və demək olar ki, bütün aidiyyati orqanlara müraciət etmişəm. Lakin heç bir nəticə yoxdur. Sığorta müqaviləsi olmadığı üçün 4 (dörd) ay, yəni sentyabr, oktyabr, noyabr və dekabr aylarının pulunu ödəyə bilmədim. İpoteka Fondu 10.12.2018-ci il tarixdə sığorta olunmadan qeyri-qanuni olaraq pulu ödəməyimi tələb etdi və Xalq Bankdan bildirdilər ki, əgər bir necə gün ərzində 4 (dörd) aylıq ödənişi 950 (doqquz yüz əlli) manatı ödəməsən fond pulu bizdən geri alacaq, bizdə evi səndən geri alacağıq. Mən də məcburiyət qarşısında qalıb borca, faizə pul taparaq ödənişi etdim".
"Hara gedirəm deyirlər ki, get işinlə məşğul ol"
"785 manat təqaüd alıram. 2 banka verəcəyim 700 (yeddi yüz) manatı 12.12.2018-də, 250 (iki yüz əlli) manatı isə 17.12.2018-ci il tarixdə sığortasız, məcburi ödədim. Bayramda övladlarıma heç nə ala bilmədim. Bu üzdən uşaqlar yatandan sonra evə gəlirəm. Qışın bu günündə ev istilənmir, çünki hər yerindən külək keçir, yağış damır. Qaz pulu 199 manat yazmasına baxmayaraq ev istilənmir. Bu pulu necə ödəyim, bilmirəm. Sizə arxayın olaraq kecmiş hərbçi kimi özümə sığışdırmadım ki, mətbuata çıxıb problemimi ictimailəşdirim. Sizdən xahiş edirəm ki, mənə evlə bağlı köməklik edəsiniz. Sığorta şirkəti məhkəməsiz bu məsələni həll etməli olduğu halda imtina edərək bildirir ki, başa düşmədin pul düşmür. Neçə aylardır ki, İpoteka Fonduna, Maliyyə Bazarlarına Nəzarət Palatasına, Problemli kredit şöbəsinə gedib-gəlməkdən pulum qalmayıb. Hara gedirəm deyirlər ki, Xalq Sığortadır, get işinlə məşğul ol. Bu vaxtadək evlə təmin olunmamışam və kirayə pulu da verilmir. Heç bir yerdə işləmirəm. 2 banka da borcluyam", - Zaur Əhmədov deyir.
Başa düşmədin? Sənə pul düşmür...
Mən kecmiş hərbici olaraq özümə sıgışdırmadım ki, mətbuata çıxıb problemlərimim ictimailəşdirim. Hörmətli Mehriban xanım! Amma görəndə və şahidi olanda ki, Azərbaycan Respublikasının qanunları bəzi məmurlar tərəfindən pozulur, zabit hüquqları kobud şəkildə tapdalanır, sizə müraciət etmək qərarına gəldim, Sizdən xaiş edirəm ki, mənə evlə baglı köməklik edəsiniz. Sıgorta şirkəti məhkəməsiz bu məsələni həll etməli olduğu halda imtina edərək bildirir ki, başa düşmədin, pul düşmür.
"Körpələrimə nə cavab verim?"
Keçmiş zabit deyir ki, ailəsinin başqa sığınacağı yoxdur: "Xəstə anamın adına pul götürüb ilkin ödəniş etmişəm. Hələ də o borclardan qurtarmamışam. Ödənişlərimi də edə bilmirəm. Mən evi söküb təzədən tikim, yoxsa 20 il bundan sonra banka pul ödəyim? Ev əlimdən alınarsa, 24 il vətənə xidmət etmiş hərbi qulluqçu kimi qalmağa yerim yoxdur. Nə mənim, nə də ki həyat yoldaşımın atası var ki, onlara sığınaq. Hazırda qışda bu evdə yaşamaq çətindir. Çünki ev bərbad vəziyyətdədir. Ailəmin üzünə necə baxım? Körpələrimə nə cavab verim? Onları harada saxlayım, hansı pulla, evi söküb təzədən tikim və ya ödənişim ödəyim. Mən belə sığorta şirkətlərinə necə arxayın olum? Aprel döyüşündə ölsəydim, indi ailəm küçələrdə qalardı. Niyə qanuna əməl etmirlər? Mənə evlə bağlı köməklik etməyinizi xahiş edirəm".
Redaksiyadan: Müraciətdəki fikirlərlə bağlı "Xalq Sığorta"-nın və digər qurumların da mövqeyini dərc edə bilərik.
Miq.Az