24 yaşlı qız özünü qatarın altına atmaq istədi – Bakıda

24 yaşlı qız özünü qatarın altına atmaq istədi – Bakıda

Oktyabrın 19-u saat 14.00 radələrində "Gənclik” metrostansiyasında gənc qız özünü qatarın altına atmağa cəhd edib. Bakı Metropoliteninin polis əməkdaşları intiharın qarşısını ala biliblər.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən məlumat veriblər. Araşdırma zamanı məlum olub ki, qız özünü qarşılıqsız sevgi səbəbindən öldürmək istəyib.

Qızın şəxsiyyəti müəyyənləşib – o, 1992-ci il təvəllüdlü Bakı sakini M. Güləmbərdir. Metropoliten polisi qızın atası ilə əlaqə saxlayıb və qızı ona təhvil verib.

"İşin materiallarını isə prokurorluğa göndərmişik. Bir ay əvvəl Bakı Metropolitenində oxşar hadisə baş vermişdi. Qız sevdiyi oğlan onu atdığına görə, özünü qatarın altına atmaq istəmişdi, amma polislər ona mane olmuşdular”, – deyə polisdən bildirilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az