“3-4 saniyə geciksəydim, çox şey dəyişəcəkdi...” — VİDEO

“3-4 saniyə geciksəydim, çox şey dəyişəcəkdi...” — VİDEO
Xəbər verdiyimiz kimi, sentyabrın 6-sı Biləcəri qəsəbəsində yük avtomobilinin körpüdən aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı həmin ərazidən keçən 92 nömrəli marşrut avtobusunun sürücüsü peşəkarlıq göstərərək sərnişinləri təhlükədən xilas edib.

Avtobus sürücüsü Vüsal Məmmədov hadisə barədə İTV-yə danışıb.

O bildirib ki, 3-4 saniyə geciksə idi, çox şey dəyişə bilərdi.

"Biləcəridən Əcəmi istiqamətinə gedirdim, işıqforun yanında dayanmışdım. Qırmızı işıq yandığı üçün hərəkət yox idi. Gördüm, yuxarıdan içərisi boru ilə dolu tır gəlir, avtobusu dərhal arxa istiqamətə hərəkət etdirdim ki, sərnişinləri xilas edim. Zərbənin təsiri ilə qabırğalarım ağrayır. Sərnişinlərdən isə xəsarət alan olmayıb. Sərnişin daşıyan sürücü diqqətli olmalıdır. Özümlə bərabər 70-80 nəfər can daşıyırdım”, - V.Məmmədov qeyd edib.

Daha ətraflı videomaterialda:




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az