3 erməni deputat Qarabağa gəldi - QANUNSUZ

3 erməni deputat Qarabağa gəldi - QANUNSUZ

Ermənistan parlamentində "artsax” deputatlar qrupu yaradılır.

Miq.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Taqui Tovmasyan deyib.

O, bir müddət öncə daha iki deputat – Sofiya Ovsepyan və Anna Qriqoryan ilə birgə Qarabağa səfər etdiklərini və burada separatçılarla görüş keçirdiklərini bildirib.

Qeyd edək ki, hər üç deputat Mənim Addımım Blokunun keçmiş üzvləridir.

Ermənistan parlamentində artıq Ermənistan-Qarabağ deputatlar qrupu var və ona spiker Ararat Mirzoyan rəhbərlik edir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az