“3 siyasi partiya namizəd irəli sürməyib” — Məzahir Pənahov
"Azərbaycanda 3 siyasi partiya fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakla bağlı hələ ki, namizəd irəli sürməyib".
"Miq.Az" APA-ya istinadla xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O bildirib ki, 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər müraciət edən 1611 nəfərdən 293-ü 17 siyasi partiya tərəfindən irəli sürülüb:
"Ancaq hələ ki, 3 siyasi partiya tərəfindən seçkilərdə iştirak etmək üçün namizədlər irəli sürülməyib. Yəqin ki, yaxın vaxtlarda həmin siyasi partiyalar da öz namizədldərini irəli sürəcəklər”.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək. Seçkilər 125 dairəni əhatə edəcək.
Miq.Az