Maxim jurnalı Rusiyanın 100 ən seksual qadınını müəyyən edib.
VİZUAL.az-ın məlumatına görə, Maxim jurnalı Rusiyanın 100 ən seksual qadınını müəyyən edib.
3 uşaq atası ilə bir neçə gün öncə evlənən Vera Brejneva Rusiyada ilin ən cazibədar qadını seçilib. Müğənnin karyerasında artıq 3-cü dəfədir ki, reytinqdə 1-ci olur. İfaçı 2007-ci ildə və 2012-ci ildə ilin ən yaxşısı seçilib.
Hər il tərtib olunan reytinqdə 2-ci yeri Mariya Qorban tutub , Anna Hilkeviç isə 3-cü yerdə qərarlaşıb.
Dünyanın məşhur modeli aktyor Bredli Kuperin sevgilisi İrina Şeyk 6-cı yerdədir.
İlk onluq:
10. Elena Temnikova







33 yaşlı Brejneva 52 yaşlı Konstantin Meladze ilə bir ay əvvəl İtaliyada hamıdan gizli evlənib. Mərasimdə cütlüyün ən yaxın adamları iştirak edib.
Cütlük ilk dəfə 2002-ci ildə tanış olublar. 20 yaşlı Vera Qaluşka (Brejneva) "Via Qra” qrupunun konsertində səhnədə rəqs edərək mahnı oxuyub. Vera Brejnevanın 2003-cü ildə Vitaliy Voyçenkodan qızı olur. 1 ildən sonra müğənnin ailəsi dağılır. 2006-ci ildə biznesmen Mixail Kipermen ilə evlənib "Via Qra” qrupunu tərk edir. İfaçı "Maxim” jurnalı tərəfindən 2007-ci ildə Rusiyanın ən seksual qadını seçilir. 2009-ci ildə onun biznesmen Kipermendən Sara adlı qızı olur./anspress.com