300 tələbə Naxçıvanda qalıb - TƏYYARƏ YOXDUR

300 tələbə Naxçıvanda qalıb - TƏYYARƏ YOXDUR
Türkiyədə təhsil alan azərbaycanlı tələbələr Bakıya dönə bilmirlər. Buna səbəb Naxçıvandan paytaxta uçan təyyarələrə bilet tapılmamasıdır. 

Yenisabah.az xəbər verir ki, hazırda 300-dən çox tələbə Bakıya gəlmək üçün Naxçıvan Hava Limanında gözləyir.

 Tələbələrdən birinin saytımıza verdiyi məlumata görə, Türkiyə sərhəddini 3 gün əvvəl keçsələr də, bilet ala bilmədikləri üçün Naxçıvan aeroportunda qalıblar. Maddi sıxıntısı olan bəzi tələbələrin aeroportda və parklarda gecələdiyi bildirilir. 

Tələbələr bilet probleminin həll olunması üçün AZAL rəhbərliyindən Naxçıvan-Bakı istiqamətində əlavə uçuşların təşkil olunmasını xahiş ediblər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az