Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətlərinə görə yüksək dövlət təltiflərinə layiq bilinmiş şəxslərə həmin təltiflərin təntənəli təqdimatı keçirilib.
Şuradan verilən məlumata görə, tədbirdə çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov məhkəmə sisteminin inkişafı üzrə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən islahatların müsbət nəticələrini qeyd edib, əldə edilən nailiyyətlərin ölkəmizin sosial-iqtisadi sahələrdə sürətli inkişafının məntiqi davamı olduğunu, dövlətimizin həyata keçirirdiyi möhtəşəm layihələrin, o cümlədən birinci Avropa Oyunlarının bütün dünyada heyranlıqla izlənilməsinin hər birimizdə yüksək qürur hissi yaratdığını vurğulayıb.
Tədbirdə, həmçinin Şuranın fəaliyyət göstərdiyi 10 il ərzində dövlət başçısının tapşırıqlarına əsasən məhkəmə sisteminin müasirləşdirilməsi üzrə tədbirlərə toxunulub.
Qeyd olunub ki, aparılan islahatlar çərçivəsində məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkəmizdə 20-dək yeni, o cümlədən regional apellyasiya və ixtisaslaşmış məhkəmələr yaradılıb, ilk dəfə olaraq inzibati ədliyyə institutu və yeddi bölgədə inzibati məhkəmələr təsis olunub, hakim ştatlarının sayı 2 dəfə məhkəmə aparatı işçilərinin sayı isə 75% artırılıb, beynəlxalq təcrübəyə uyğun olaraq hər bir hakim üçün köməkçi ştatı müəyyən olunub.
Dövlət başçısının korrupsiya və digər neqativ halların aradan qaldırılması barədə tapşırıqları daim diqqət mərkəzində saxlanılıb, 200-dək hakim barədə intizam icraatı başlanılıb, kobud qanun pozuntularına və fəaliyyətlərinin qiymətləndirilməsi nəticələrinə görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb. O cümlədən Şuranın hazırkı iclasında 5 hakim barədə intizam icraatlarına baxılıb, insan haqlarının kobud pozulmasına, habelə vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı Apellyasiya Məhkəməsinin hakimləri Sahibxan Mirzəyevə, Faiq Qasımova, Camal Ramazanova, Ağcabədi rayon məhkəməsinin sədri Xanlar Fərhadova və hakimi Etibar Quliyevə töhmət verilib.
Məhkəmə sisteminin hakim adına layiq olmayan şəxslərdən təmizlənməsi onları əvəzləyəcək yüksək biliyə və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünasların seçimi prosesi ilə paralel həyata keçirilib, hakimlərin seçilməsinin Avropada ən mütərəqqi və şəffaf qaydaları müəyyən edilərək 307 nəfər hazırlıqlı hüquqşünas müxtəlif hakim vəzifələrinə təyin ediliblər.
Hazırda hakim korpusunun 60%-ə qədərini, o cümlədən Bakı şəhəri üzrə 90%-ni yeni qaydalarla seçilmiş gənc nəsl hakimlər təşkil edirlər. Həmin hakimlərdən yüksək peşəkarlıq və hüquqi hazırlıq nümayiş etdirən 60 nəfərinin, başqa sözlə hər 5 nəfərdən birinin yuxarı məhkəmələrə, 19 nəfərinin məhkəmə sədri vəzifəsinə irəli çəkilməsi, habelə 2 nəfərinin Şura, 2 nəfərinin isə Hakimlərin Seçki Komitəsinin üzvü seçilməsi bu prosesin obyektivliyinin əlavə göstəricisi olub.
Görülmüş tədbirlər, o cümlədən Hakimlərin Etik Davranış Kodeksinin qəbulu, məhkəmələrdə sənəd dövriyəsinin yeni, mütərəqqi qaydasının və bu sahədə elektron sistemlərin tətbiqi, məhkəmə infrastrukturunun əsaslı şəkildə yaxşılaşdırılması, habelə şəffaf xidmətlərin göstərilməsi məqsədilə müasir İKT-lərdən istifadə ədalət mühakiməsinin səmərəliliyinə əsaslı təsir göstərib.
Təsadüfi deyil ki, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) ölkəmizdə məhkəmə sisteminin inkişafına və müasirləşməsinə qoyulan sərmayələrə və qabaqcıl təcrübələrin tətbiqinə görə Azərbaycanı öncül ölkə, habelə Avropa İttifaqı və Avropa Şurası Azərbaycanda hakimlərin seçimini örnək kimi qiymətləndirib.
Məhkəmə-Hüquq Şurasında keçirilən tədbirdə dövlət başçısının 19 may 2015-ci il tarixli sərəncamları ilə təltif edilmiş şəxslərə həmin təltiflər təntənəli təqdim olunub.
Dövlət təltiflərinə layiq bilinmiş şəxslər çıxış edərək onların fəaliyyətinə verilən yüksək qiymətə görə ölkə başçısı cənab İlham Əliyevə sonsuz ehtiramlarını ifadə edib, bunun böyük məsuliyyət hissi yaratdığı, onları müstəqil məhkəmə hakimiyyətinin inkişafı naminə daha fədakarlıqla çalışmağa ruhlandırdığını bildiriblər.
Tədbirdə Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Ramiz Rzayev də iştirak edib.
virtualaz.org
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ