55 yaşlı qadını körpüdən itələdilər, öldü - Bakıda

55 yaşlı qadını körpüdən itələdilər, öldü - Bakıda
Bakıda 55 yaşlı qadın körpüdən yerə düşməsi nəticəsində ölüb 

"Report"un xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Mərdəkan qəsəbəsində Aeroport yolunda körpünün altında 55 yaşlı Sevda Məmmədovanın ağır xəsarət alaraq yerə yıxıldığı məlum olub. Ətrafdan keçən şəxslərdən biri onu xəstəxanaya yerləşdirib. Lakin S.Məmmədova xəstəxanada ölüb.

Araşdırmalar zamanı məlum olub ki, qadını adı məlum olmayan şəxs itələyərək körpüdən yerə atıb.

Faktla bağlı cinayət işi başlanılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az