67-ci gün: Rusiyanın itkiləri açıqlandı

67-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 67-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Miq.Az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 23 500 hərbçi, 1026 ədəd tank, 2471 ədəd zirehli döyüş maşını, 451 ədəd artilleriya sistemi, 151 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 80 hava hücumundan müdafiə sistemi, 192 ədəd hərbi təyyarə, 155 ədəd helikopter, 1721 ədəd avtomobil texnikası, 8 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 245 ədəd PUA, 32 ədəd xüsusi texnika, 4 operativ-taktiki raket kompleksi, 84 qanadlı raket itirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az