“7or.am”: İlham Əliyev yeni müharibəyə hazırlaşır, Nikol erməni xalqını yeni məğlubiyyətə aparır

“7or.am”: İlham Əliyev yeni müharibəyə hazırlaşır, Nikol erməni xalqını yeni məğlubiyyətə aparır

Bakı Ukraynadakı xaosdan və Rusiyanın ikinci cəbhədən yayınmasından istifadə edərək hərəkətə keçib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "7or.am” nəşri yazıb.

Qeyd olunub ki, Qərb, təbii olaraq Rusiya üçün yeni problemlərin yaradılması ideyasının və Qarabağda növbəti hərbi əməliyyatların tərəfdarıdır, çünki bu yolla Rusiya sülhməramlılarının mandatına etiraz etmək, Rusiyanı zəiflətmək imkanı yaranır.

"Eyni zamanda rəsmi Bakı Ermənistanla sülh sazişinin hazır olduğunu bəyan edir, lakin Ermənistan hələ ki, buna cavab verməyib. Onlar Ermənistanın tələbləri yerinə yetirməyəcəyi təqdirdə yeni müharibənin başlayacağına eyham vururlar. Aydındır ki, Azərbaycanın təklif etdiyi sülh sazişi Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasıdır. Nikol, təbii olaraq hər gün təkrarlayır ki, Qarabağ Azərbaycandır, vəssalam. Amma İlham Əliyevə bütün bunları sənədləşdirmək lazımdır. Nikol özünü Azərbaycan və Türkiyənin planlarını görməmiş kimi apararaq, "qürurlu” vətəndaşların "cəsarətli” ombasını rəqibə qarşı çevirərək dəvəquşu siyasəti aparır”, - deyə nəşr bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az