"80 manatlıq veteran pulunun artırılması məsələsinə baxıla bilər"


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında veteranlara verilən müavinətin artırılması məsələsi gündəmə gətirilib.

 

Modern.az-ın məlumatına görə, bir neçə deputat 80 manatlıq müavinətin artırılmalı olduğunu bildirib.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov sözügedən təkliflərə münasibət bildirib.

 

"Milli Məclisdə müharibə veteranlarına verilən müavinətin artırılması məsələsini qaldırılmışdı. Sosial ödənişlərə baxılarsa, bu məsələyə də baxıla bilər. Bu barədə qərar olarsa, sizinlə müzakirə edəcəyik", - deyə nazir müavini qeyd edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az