9 il yaşadığı qadınına mazut, sidik içirdən kişi - dünyanı şoka saldı

9 il yaşadığı qadınına mazut, sidik içirdən kişi - dünyanı şoka saldı
Ərzurumlu  17 yaşlı S.M.  2006-ci ildə tanış olduğu  43 yaşlı Nurullah C. ilə evlənir. O qıza  keçmiş həyat yoldaşının öldüyünü söyləmişdi. Lakin evlənib Muş şəhərində  məskunlaşdıqdan sonra qız ərinin rəsmi nikahı olmadan onunla yaşayan arvadını  görür.  
Bundan sora çarəsiz qız əri, ərinin həyat yoldaşı və 8 uşağı ilə birlikdə yaşamağa başlayır. S.M.nin 1 il sonra oğlu olur.
Daha sonra İzmirə köçürlər . Bu vaxt ərzində S.M-nın 4-cü uşağı olur. İki otaqlı  evdə artıq 16 nəfər yaşayırdı. Əri qadına olmazın işgəncələri verirdi. O iki-üç gündən bir  qızın əllərini kabellə bağlayıb döyürdü. Bəzənsə,  onu ilk yoldaşından olan böyük oğluna döydürürdü.
Əziyyət bunlada bitmirdi. Qarlı  bir gündə qadının üzərinə su töküb saatlarla çöldə saxlayırdı. İtin yarımçıq yeməyini ona yedirdirdi. Mühərrikdən çıxan mazutu zorla içirdirdi. Bir həftə ərzində qadın hər dəfə mazut qusurdu.
Nankor kişi qadına sidiyini belə  içirtdirirdi. Sonra onun biləyini qırır, həkimə aparmır, sonda qadının biləyi şikəst qalır.
S.M. –nin bu vəziyyətindən qardaşı xəbər tutur və İstanbula gətirir.
Məhkəmə zamanı Nurullah C. Ittihamları qəbul etmədi.
Bir qadın bu qədər əziyyəti gördükdən sonramı boşanmalıdır? Olmazmı ki, ilk şiddəti gördüyü an boşansın? Daha 4 uşaq dünyaya gətirməsin. Zamanında boşanın. Heç kimin alçaldıcı  fikri sizin üçün önəmli olmasın. Çünki bu həyatı siz yaşıyırsınız, bu əziyyəti siz görürsünüz, kənardakı yox.
moderator.az
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az