Abbasa Abbasovla Şeyxin telefon danışığı - sabiq vitse-primyer Türkiyədə nə işlər çevirir?

Abbasa Abbasovla Şeyxin telefon danışığı - sabiq vitse-primyer Türkiyədə nə işlər çevirir?

"Bu yaxınlarda Abbas Abbasovun bir fikrini paylaşmışdılar. Deyir ki, "vəzifədə olanda Şeyxlə dost idim. Vəzifədən gedəndən sonra bəzi məsələlər oldu. Oğlum Aydın Abbasov Şeyxin yanına gedəndə ona deyib ki, "Aydınçik, bir də mənim yanıma gəlmə.Belə hadisə olubmu?”. Bu sualı modern.az-ın əməkdaşı Milli Məclisin 75 saylı Lənkəran - Masallı seçki dairəsindən deputatı Cavanşir Paşazadəyə verib.
Qafqaz Müsəlmanları İdarəsinin sədrinin qardaşı bunları deyib: "Mətbuatda bu məsələnin hansı formada yazılmasını, Abbas Abbasovun o fikirləri dediyini bilmirəm. Ancaq Şeyxlə dost olmasına gəlincə, Abbas Abbasovun dövlətçiliyə vurduğu ziyanı, onun düz yolda olmadığını Şeyx telefonda ona deyib. Şeyxin etirazından sonra Abbas Abbasov yenə də Rusiyada iclaslar keçirdi. Təbii ki, Şeyx də dövlətçilik naminə bu məsələdə geri çəkildi. Qaldı ki, Aydının Şeyxin yanına gəlməsinə. Əvvəla, Aydın Şeyxin yaşıdı deyil ki, gəlib onun yanında otursun və Şeyx də desin ki "yanıma gəlmə”. Bu doğru deyil”.
Musavat.com yada salır ki, Abbas Abbasovun oğlu, 2015-ci il parlament seçkilərində iştirakdan imtina edən sabiq deputat Aydın Abbasov bu günlərdə yenidən medianın diqqətindədir. O, bir neçə gün əvvəl məşhur kriminal avtoritetlə görüntülənib. Şəkildə də göründüyü kimi, Aydın Abbasov Türkiyənin "Rəis” ləqəbli kriminal avtoriteti Sedat Pekerlə bir yerdədir. Onların yaxın dost olduğu da deyilir. Onlar biznes və digər məsələlərlə bağlı mütamadi olaraq bir araya gəlirlər.

Abbasa Abbasovla Şeyxin telefon danışığı

Yada salaq ki, 2015-ci ildə deputat mandatını itirən Aydın Abbasov uzun müddət atasının Dağıstandakı biznes planlarında yer alıb. Onun adı Dərbənd şəhərinin tarixi hissəsində yerləşən Nizami parkının yanında "Derbent-Plaza” yaşayış kompleksinin tikintisində şəriklərdən biri kimi hallanırdı. Rusiya saytları yazırdı ki, tikinti Dərbənddəki tarixi-mədəni əhəmiyyətə malik olan Nizami parkında həyata keçirilib. Abbas Abbasovun dostu, Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipovun istefa verməsindən sonra Abbasovların Dağıstanda çox duruş gətirməyəcəyi bəli idi. Dağıstana rəhbərlik edən Vladimir Vasilyev işə başlayan kimi əhalidə narazılıq doğuran bütün tikinti işlərinin dərhal dayandırmış, qanunsuz sənədləşmə və torpaq alverinin qarşısını almışdı.
Biznesdə "ayıq” olan A.Abbasovun Dağistandan tam çəkildiyini iddia edir. Bildirilir ki, Abbasovlar təməlli olaraq Türkiyəyə yerləşiblər. Siyasətdən getdiyini bəyan edən A.Abbasov, deyilənlərə görə, əsasən Türkiyədə övladlarının yanında yaşayır, ara-sıra Moskva ilə də təmaslar qurur.
Mənbə:Musavat.com

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az