Abidələri pasportlaşdırdıq, hə, nə olsun? - Deputat

Abidələri pasportlaşdırdıq, hə, nə olsun? - Deputat
Nə isə yaddan çıxıb qalıb ki, indi bu qanuna dəyişiklik edirik? Yenidən nə isə əlavə etmək lazımdırsa, bu, açıqlanmalıdır. Bu abidələr pasportlaşdırılırsa, onun sonrakı aqibəti nə olacaq?

Modern.az xəbər verir ki, bu sözxləri Milli Məclisin bu gün keçirilən iclasında "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Səyyad Salahlı deyib.

Deputat bildirib ki, abidələrin bir çoxu uçub-dağlır: "Hamımız şimal zonasında bunu görmüşük. Həmin abidələrin sarayında gündə bir kərpic düşür. Abidələrə ciddi nəzarət yoxdur. Onları hansısa iş adamlarına vermək olar. Bərpa etsinlər və orada bir şey yaratsınlar. Bunun başqa yolu yoxdur. Məsələ qaldırırıqsa, bunun soneakı halında düşünməliyik. Abidələri pasportlaşdırdıq, hə nə olsun?".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az