ABŞ-a idxal olunan Çin mallarından 47-si əlavə rüsumlardan azad olunub

ABŞ-a idxal olunan Çin mallarından 47-si əlavə rüsumlardan azad olunub
ABŞ Çindən idxal olunan 47 növ malı 2018-ci ilin sentyabr ayında qüvvəyə minmiş əlavə rüsum siyahısından çıxarıb.

Miq.Az Federal Reyestrin elektron bazasına istinadən xəbər verir ki, bu il avqustun 7-dək rüsumlardan azad edilən mallar arasında süni və pambıq parçalar, səyyar elektrik plitələr, yanacaq filtrləri, elektron tərəzilər, lotereya bileti satan cihazlar, dəyişən cərəyanla işləyən mühərriklər, kabel şəbəkələri üçün güc mənbələri, taxta uşaq çarpayıları, kamin bəzəkləri göstərilir.

Bu addımın səbəbləri arasında həmin mallardan bəzilərinin yalnız Çində istehsal olunması da var.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az