ABŞ-dan Türkiyəyə "S-400" XƏBƏRDARLIĞI

ABŞ-dan Türkiyəyə

ABŞ: Türkiyənin "S-400" kompleksləri alması sanksiyalarla qarşılaşa bilər

ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Nauert bildirib ki, əgər Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi sistemlərini əldə etməsi sanksiyalarla qarşılaşmasa, o, bundan təəccüblənəcək.

Miq.Az xəbər verir ki, Nauert bu müqavilənin NATO razılaşmasını poza biləcəyini bildirib.

"Biz sanksiyaların tətbiqini qabaqcadan xəbər vermirik, amma əgər gələcəkdə sanksiyalar tətbiq edilməsə, bu məni təəccübləndirəcək", deyə - Nauert qeyd edib.

Qeyd edək ki, Türkiyə Rusiyadan növbəti dəfə "S-400” zenit-raket kompleksi alacaq. İki ölkə arasında imzalanan müqaviləyə görə, rəsmi Moskva Türkiyəyə satdığı bu sistemin ilk partiyasını 2020-ci ildə təhvil verəcək.

ABŞ rəsmisi "İncirlik" hərbi bazasından istifadə üçün Türkiyə tərəfdən hər hansı maneənin olmadığını da deyib. "Türkiyə İŞİD-ə qarşı koalisiyanın bir parçası və NATO-dakı müttəfiqimizdir. İncirlikdən əməliyyatlarımızı davam etdiririk", - deyə Dövlət Departamentinin rəsmisi vurğulayıb. (report)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az