ABŞ Dövlət Departamenti: "Danışıqlarda irəliləyiş əldə olunub"

ABŞ Dövlət Departamenti:
İsveçrədə Suriyadakı münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlarda irəliləyiş əldə olunub.

"Reuters"in verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

"ABŞ və Rusiya bütün Suriyanı əhatə edəcək atəşkəsə dair razılaşmada irəliləyişə nail olublar. Sadəcə bir neçə texniki detallar ətrafında müzakirələr davam edir. Yekun razılaşmanın nə vaxt əldə olunacağı isə hələ məlum deyil”, - Dövlət Departamentinin nümayəndəsi bildirib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az