““Şahdəniz” yatağının istismarına sanksiya tətbiq oluna bilərdi”. APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Azərbaycanda enerji və dəniz hüququ: Milli və beynəlxalq perspektivlər” mövzusunda keçirilən konfransda deyib.
Səfir “Şahdəniz” yatağının istismarı zamanı əldə olunan kompromis haqda danışıb: “Xəzərdə “Şahdəniz” yatağının istismarına sanksiyalar tətbiq oluna bilərdi. Çünki İran şirkətinin “Şahdəniz” neft yatağında 10 faizlik payı var və İranla neft-qaz sahəsində əməkdaşlıq edən şirkətləri ABŞ tərəfindən sanksiyalar gözləyə bilər. Bəs, ABŞ Konqresi nə dedi? Konqres kompromis çıxış yolunun təmin olunmasını məqsədəuyğun saydı. Bu olmasaydı, 20 il ərzində “Şahdəniz”in istismarı dondurula bilərdi. Belə olan təqdirdə beynəlxalq şirkətlər bu yatağın istismarında irəliyə doğru addım ata bilməyəcəkdi. Amma məsələyə başqa prizmadan baxaq. Qaz bütünlüklə İrana və ya Rusiyaya getsəydi, biz nə edə bilərdik?”
R. Morninqstar münasibətlərdə və prosesin idarəçiliyində siyasətin önəminə də toxunub: “Siyasət bəzən qanunvericiliyə çox ciddi təsir göstərir. Bu baxımdan biz mübahisə yarada bilən hər hansı məsələnin aydınlaşdırılması məcburiyyətindəyik”.
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat