ABŞ-ın Ermənistan səfirliyindən xəbərdarlıq: “Təhlükə var“

ABŞ-ın Ermənistan səfirliyindən xəbərdarlıq: “Təhlükə var“
ABŞ-ın Ermənistandakı səfirliyi bu ölkədəki vətəndaşlarına təhlükəsizlik məqsədilə müəyyən ərazilərdən uzaq durmaqla bağlı xəbərdarlıq edib.

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, söhbət Fövqəladə Hallar Nazirliyinə partlayıcı qurğuların qoyulması barədə məlumat daxil olan yerlərdən gedir. Bunlar "Zvartnots” hava limanı, İrəvan metrosunun bütün stansiyaları, habelə paytaxt meriyası və Milli Məsclisin binalarıdır.

ABŞ səfirliyi Amerika vətəndaşlarını məlumatlandırıb ki, fövqəladə xidmətlər "Zvartnots” hava limanında, bütün metro stansiyalarında, meriya və Milli Məclisdə bomba təhlükəsi ilə bağlı yoxlama aparır.

ABŞ səfirliyi ABŞ vətəndaşlarını yerli medianı izləməyə, izdihamlı yerlərdən qaçmağa, dostlara və ailəyə təhlükəsizlikləri barədə məlumat verməyə və ətraf mühitdən xəbərdar olmağa çağırıb.

Qeyd edək ki, "Zvartnots” hava limanında və meriyada heç bir partlayıcı qurğu aşkarlanmayıb, metroda axtarış işləri davam edir. Bu hallar son bir ayda artıq neçənci dəfədir baş verir.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az