ABŞ-ın Türkiyədəki səfiri XİN-ə çağırılıb-kürdlərlə bağlı bəyanata görə

ABŞ-ın Türkiyədəki səfiri XİN-ə çağırılıb-kürdlərlə bağlı bəyanata görə
Türkiyənin Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların nümayəndəsi Con Kirbinin Vaşinqtonun Suriya kürdlərinin "Demokratik İttifaq" Partiyasını terror təşkilatı hesab etməməsinə dair bəyanatından sonra ABŞ-ın Ankaradakı səfirini idarəyə çağırıb.

 Bu barədə Türkiyə XİN-in əməkdaşına istinadən "Reuters" məlumat yayıb.

Rəsmi Ankara "Demokratik İttifaq"ı muxtariyyət hüququ uğrunda Türkiyə hakimiyyəti ilə mübarizə aparan və Türkiyə, ABŞ, Avropa İttifaqında terror təşkilatı sayılan Kürd Fəhlə Partiyasının bir hissəsi hesab edir. Eyni zamanda Birləşmiş Ştatlar Suriyada İŞİD-ə qarşı mübarizədə sözügedən türkləri dəstəkləyir.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az