ABŞ İrana daha bir sanksiya hazırlayır

ABŞ İrana daha bir sanksiya hazırlayır

ABŞ bütün vasitələrdən, o cümlədən sanksiyalardan istifadə edəcək ki, İranın PUA hazırlamasına mane olsun.

Miq.Az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib. Onun sözlərinə görə, ABŞ sanksiyalardan materiallar və texnologiyaların tədarükünə izn verən alış-veriş şəbəkələrinin demontajı, qarşısının alınması üçün istifadə edəcək.

Qeyd edək ki, ABŞ-ın İrana son sanksiyaları PUA hazırlanması proqramının rəhbəri Səid Ağacani, eləcə də daha 3 nəfərə və iki şirkətə aid edilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az