“ABŞ müzakirə aparmaq istəyirsə, sanksiyaları ləğv etməlidir” – Ruhani

“ABŞ müzakirə aparmaq istəyirsə, sanksiyaları ləğv etməlidir” – Ruhani
İran Prezidenti Həsən Ruhani ölkəsinin Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, görüş zamanı H. Ruhani ABŞ-ın iranlı nazirə qarşı tətbiq etdiyi sanksiyanı pisləyib.
İran Prezidenti bildirib ki, Xarici İşlər naziri hansısa bir qrupun yox, İran xalqının nümayəndəsidir: "Əgər Cavad Zərif nazir olmasaydı, nüvə proqramı ilə bağlı danışıqlarda razılıq belə asan başa gəlməyəcəkdi”.
H. Ruhaninin sözlərinə görə, prezident seçkiləri zamanı irəli sürdüyü əsas şüarlardan biri dünya ölkələri ilə konstruktiv əməkdaşlıq olub və ilk gündən bu əməkdaşlığa üstünlük verilib.
O qeyd edib ki, əgər ABŞ müzakirə aparmaq istəyirsə, ilk olaraq sanksiyaları ləğv etməlidir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az