ABŞ nəşri SSRİ-nin qəribə silahlarından yazdı

ABŞ nəşri SSRİ-nin qəribə silahlarından yazdı

ABŞ-ın "Neşnl İnterest” jurnalı SSRİ-nin heç vaxt silahlanmaya qəbul etmədiyi qəribə avtomatlarından yazıb.

"Miq.Az" xəbər verir ki, yazıda TKB-011 və TKB-022 avtomatlarından bəhs edilib. Həmin avtomatları yadplanetlilərlə bağlı filmlərdə istifadə olunan silahlar adlandırıblar.

Məqalədə həmin silahların bullap sxemi çərçivəsində hazırlandıqları bildirilib.

Qeyd olunub ki, bu modellərdə zərbə mexanizmi və xəzinə avtomatın qundağında yerləşir.

Bundan başqa, jurnalda TKB-0146 avtomatı haqqında da qeyd olunub. Məqalə müəllifləri bu silahın sürətinə heyrətləniblər. TKB-0146 avtomatik rejimdə dalbadal 2000 atış həyata keçirə bilərdi.

Avtomatlar həddən artıq patron işlətdiyi üçün silahlanmaya qəbul edilməyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az