İran İslam Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin XeberLent.az informasiya agentliyinə müsahibə verib.
- Hörmətli cənab səfir, bugünlərdə ABŞ Dövlət Departamentinin İran üzrə nümayəndəsi Alan Eyr bəyan edib ki, ABŞ həmişə İranla qarşılıqlı hörmətə əsaslanan birbaşa danışıqları salamlayır. Eyni zamanda, vitse-prezident Cozef Bayden də bildirib ki, ABŞ İranla birbaşa danışıqlara hazırdır. Sizcə, İranın nüvə proqramı ilə bağlı məsələlərdə gərginliyin aradan qaldırılması üçün birbaşa ikitərəfli danışıqların keçirilməsi məqsədəuyğun olmazdımı?
- ABŞ-ın İrana qarşı aqresiv münasibəti olduğu bir vaxtda birbaşa danışıqların aparılmasında söz açmağın heç bir mənası ola bilməz. Biz ABŞ rəsmilərinin səmimiyətinə inanmırıq və etimadsızlığın hökm sürdüyü bir atmosferdə danışıqların başladılması və nəticə verəcəyinə optimist yanaşma mümkün deyil. Mənim qənaətimə görə, Amerikalıların səmimiliyinə inam yaradılması müzakirələrin aparılması üçün zəmin yarada bilər.
- İran dəfələrlə bəyan edib ki, həyata keçirdiyi nüvə layihəsi yalnız dinc xarakter daşıyır. Ali Dini Rəhbər Ayətullah Xamenei də kütləvi qırğın silahlarının istehsalı və istifadəsinin haram olduğuna dair müvafiq fətva verib. Belə olduğu halda, Qərb dövlətləri konkret olaraq nə səbəbdən İranın nüvə silahı düzəltməyi planlaşdırdığından şübhələnir? İran Beynəlxalq Nüvə Agentliyinə nüvə silahı düzəltmədiyini isbatlayacaq tutarlı dəlillər təqdim etmirmi?
- Dəfələrlə bildirmişik ki, İranın nüvə proqrqmı sülhyönümlüdür və bu proqramın məqsədi iqtisadi inkişafa nail olmaqdan ibarətdir. BAEA ən çox və ən geniş təftişlərini iranın nüvə proqramı üzərində aparmışdır. O cümlədən, İranda 100-dən artıq elan olunmamış təftiş və 4000 gündən çox yoxlama aparmış və İranın beynəlxalq qayda-qanunlardan sapmasına dair heç bir dəlil tapmamışdır. Bəzi dövlətlərin səyi buna yönəlmişdir ki, sanksiyalar məsələsini şişirtməklə, onu boş yerə İranın nüvə proqramı ilə əlaqələndirsinlər. Hal bu ki, bu sanksiyalar İslaminqilabının qələbəsindən sonra və elə birzamandan başlanmışdır ki, nüvə proqramı məsələsi gündəmdə deyldi. Sanksiyalar siyasi məqsəd daşıyır və İslam inqilabından bu günə qədər davam etməkdədir. Biz bu gün sülhməqsədli bir nüvə ölkəsiyik. Hərbi cəhətdən çox yüyksək səviyyədəyik, kosmosa peyk göndərmişik, regionda tibb sahəsində birinci söz sahibiyik və elmi inkişaf nöqteyi nəzərdən də çox yüksək səviyyəyə qalxmışıq. Bunalrın hamısı sanksiyalar dövründə baş vermişdir. Əslində bu sanksiyaların mahiyyəti bir xalqa qarşımüharibədən ibarətdir, lakin Allah qoysa düşmənlərimiz bu müharibədə də İran xalqına məğlub olacaqlar.
- İranla "P5+1" qrupu arasında danışıqların harada keçirilməsi tez-tez fikir ayrılığına səbəb olur. Amma harada keçirilməsindən asılı olmayaraq, onsuz da danışıqlar masası arxasında eyni tərəflər əyləşir. Belə olduğu halda, görüşlərin harada keçirilməsi nə üçün ciddi problemə çevrilir? Danışıqların mövzusu keçirilən yerdən daha mühüm deyilmi? İranla ABŞ arasındakı masa üzərində olan problemlər danışıqlar yolu ilə çözüm taparsa, bu iki ölkə arasında diplomatik münasibətlərin yenidən bərpa olunması məsələsi gündəmə gələ bilər. Bir diplomat kimi, Siz bu münasibətlərin bərpa olunmasını yaxın gələcək üçün nə dərəcədə real sayırsınız? Dünya yaxın illərdə İranın Vaşitqtonda, ABŞ-ın da Tehranda səfirliyinin açılmasının şahidi olacaqmı?
Məndə olan məlumata görə, danışıqların yeni raundu fevralın 8-də Qazağıstanda keçirilməlidir. Ümid edirik ki, bu qrup ( 1+5) mövcud gerçəklikləri nəzərə alaraq, İranın sülhməqsədli nüvə enerjisinə yiyələnmə haqqını qəbul edəcəklər və bununla da müzakirələrdə irəliləyişin şahidi olacağıq. Bu baş verərsə, gələcəkdə İran-Qərb münasibətlərində kovstruktiv dəyişiklikləri də görə biləcəyik. Biz heç bir zaman nüvə silahı əldə etmək istəməmişik və istəmirik də. Əksinə, bizim istəyimiz nüvə silahı olmayan bir dünyadır. Bizim Ali rəhbərimiz Ayətullah Xamneyi də nüvə silhının yaradılması və istifadəsinin haram olduğuna dair fətva vermişdir və bu da İranın bütün məsul şəxsləri və xalqı uçun icrası vacib olan bir fətvadır.