ABŞ Rusiya səfirini qovur - Vaxt verildi

ABŞ Rusiya səfirini qovur - Vaxt verildi

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Amerika tərəfinin səfir Anatoli Antonovu Vaşinqtondan qovacağı ilə bağlı hədələrinə münasibət bildirib.
 
Teleqraf.com xəbər verir ki, diplomat bununla bağlı xəbəri mediadan oxuduğunu deyib.
 
Onun sözlərinə görə, Rusiya ABŞ-la ikitərəfli viza problemləri ilə bağlı danışıqlarda iştirak etmir. Polyanski Amerikanın Rusiya səfirini ölkədən çıxarmaqla bağlı hədələrini "absurd” adlandırıb.
 
"Ümid edirəm ki, bu vəziyyət həll olunacaq, çünki təbii ki, bu cür tələblər absurd görünür”, - Polyanski vurğulayıb.
 
Bundan əvvəl Anatoli Antonov ABŞ-dan qovulacağı ilə bağlı ona hədə-qorxu gəlindiyini açıqlayıb. O qeyd edib ki, Moskva Amerikanın Rusiyadakı səfirinin mühafizəçilərinə viza verilməsi ilə bağlı Vaşinqtonun bir sıra şərtlərini yerinə yetirməsə, aprel ayına qədər ABŞ-ı tərk etmək məcburiyyətində qalacaq.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az