ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ məsələsində fikir ayrılıqları yoxdur.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu İrəvan Dövlət Universitetinin müəllim və tələbələri görüş zamanı ABŞ-ın Ermənistandakı səfiri Con Heffern deyib.
Diplomat qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanma nöqteyi-nəzərdən çox mürəkkəb münaqişədir.
“Həmsədr ölkələr – ABŞ, Fransa və Rusiya Ukrayna və digər məsələlərdəki müəyyən fikir ayrılıqlarına baxmayaraq, Qarabağ probleminin həlli istiqamətində birgə fəaliyyət göstərirlər. Həmsədr ölkələrin ATƏT-in Minsk qrupu formatını dəyişmək niyyəti yoxdur. Biz mövcud formatı qorumaq istəyirik”, - deyə o vurğulayıb.
Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi perspektivlərinə gəldikdə isə C. Heffern NATO qüvvələrin bu prosesində iştirak ehtimalının mümkün olmadığını vurğulayıb.
“Əgər münaqişə zonasında sülhməramlı qüvvələr yerləşdirilsə, bu sülhməramlı missiyaya hansı qüvvələrin cəlb ediləcəyi ilə bağlı sual yaranacaq. Çətin ki, bu, NATO qüvvələri olsun. İstənilən halda münaqişənin nizamlanması prosesinə paralel olaraq sülhməramlı qüvvələrə ehtiyac var”, - deyə o qeyd edib.
Bununla belə diplomat qeyd edib ki, NATO Qarabağ probleminin həlli istiqamətində tərəflərin səylərini dəstəkləyir və ATƏT-in Minsk qrupu tərəfindən həyata keçirilən bütün prosesləri müdafiə edir.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto