ABŞ səfirliyindən XƏBƏRDARLIQ: İrəvan qarışa bilər – Toqquşma və iğtişaş təhlükəsi

ABŞ səfirliyindən XƏBƏRDARLIQ: İrəvan qarışa bilər – Toqquşma və iğtişaş təhlükəsi

ABŞ-ın Ermənistandakı səfirliyi bəyanat yayaraq vətəndaşlarına Müqavimət müxalifət hərəkatının noyabrın 5-də keçirdiyi mitinqdə iştirak etməmək barədə xəbərdarlıq edib. Məlumata görə, bu xəbərdarlığa səbəb toqquşma və iğtişaşlar təhlükəsidir. 

Avropa.info-nun Ermənistan mətbuatına istinadən məlumatına görə, səfirlik xəbərdarlıq edib ki, nümayişlər gözlənilməz ola bilər, iştirakçılar hər an istiqaməti dəyişir, nəqliyyatın hərəkətinə maneələr yaradır. 

"Hətta dinc xarakter daşıyan nümayişlər qarşıdurmaya və ola bilsin ki, zorakı hərəkətlərə çevrilə bilər... Ərazidən qaçın, yeniliklər üçün yerli medianı yoxlayın, izdihamdan qaçın, nümayişlərdən qaçın. Təhlükəsizliyiniz üçün dostlarınızı və ailənizi xəbərdar edin”, - diplomatik nümayəndəlikdən bildiriblər. 

Xatırladaq ki, noyabrın 5-də Ermənistan müxalifəti İrəvanın Fransa meydanında  mitinq keçirəcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az