Abşeron sakini avtomobil aldı, adına keçirə bilmədi

Abşeron sakini avtomobil aldı, adına keçirə bilmədi
Etibarnamə ilə avtomobil aldı, bir müddət sonra isə maşının üzərinə həbs qoyulduğu ortaya çıxdı.

Kəlbəcərdən məcburi köçkün olan və Abşeron rayonu Masazır qəsəbəsində məskunlaşan Kazım İsmayılov bu ilin aprel ayında baş etibarnamə ilə minik avtomobili alıb.

Avtomobili öz adına keçirmək istədikdə isə məlum olub ki, əvvəlki sahibinin külli miqdarda, düz 100 min manat borcu olduğundan maşının üzərinə həbs qoyulub.

Kazım İsmayılov deyir ki, maşını satan şəxsə problemin həlli üçün müraciət etsə də, nəticə ürəkaçan olmayıb.

Hüquqşünaslar deyir ki, bu cür halla qarşılaşmamaq üçün avtomobil alarkən mütləq alqı-satqı müqaviləsi imzalanmalıdır.

Xəyal Bəşirov avtomobili etibarnamə ilə alanlara məsləhət görür ki, alqı-satqı zamanı Baş Dövlət Yol Polisi İdarəsindən müvafiq arayışı əldə etsinlər. Həmin arayış əsasında da avtomobil üzərində hər hansı bir cərimənin, yaxud da həbsin olub-olmaması ortaya çıxacaq. ("Xəzər TV”)
[video=http:// ]
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az