Ağdam rayonunda peşəkarlar arasında kikboksinq yarışı keçiriləcək

Ağdam rayonunda peşəkarlar arasında kikboksinq yarışı keçiriləcək

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kikboksinq Federasiyasının, Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə oktyabrın 1-də kişilər arasında peşəkar kikboksinq turniri keçiriləcək.

Azərbaycan Kikboksinq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Ağdam Olimpiya Kompleksində təşkil ediləcək turnir ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunacaq.

Yarışla bağlı məlumat verən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev belə tədbirlərin keçirilməsinin cəmiyyətdə milli vətənpərvərlik hisslərinin gücləndirilməsinə və bölgələrdə gənclər arasında idmanın kütləviliyinin artırılmasına xidmət etdiyini bildirib. Regionlarda idmanın digər növləri ilə yanaşı, kikboksinqin də sürətlə inkişaf etdiyini vurğulayan federasiya prezidenti bölgələrdə təşkil olunan yarışların idmanın gənclər arasında təbliği baxımından əhəmiyyətini xüsusi vurğulayıb.

Bildirilib ki, Federasiyanın təqvim planına əsasən, 2015-2016-cı illərdə beynəlxalq yarışlarda mübarizə aparacaq peşəkarlardan ibarət yığma komandanın tərkibi də müəyyən ediləcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az