ADİL ƏLİYEV BU RAYONA İCRA BAŞÇISI TƏYİN OLUNUR – Prezidentin sərəncamı gözlənilir... (Yenilənib)

ADİL ƏLİYEV BU RAYONA İCRA BAŞÇISI TƏYİN OLUNUR – Prezidentin sərəncamı gözlənilir... (Yenilənib)

Xəbər verdiyimiz kimi, səlahiyyət müddəti başa çatmış Milli Məclisin vitse-spikerlərindən birinin icra başçısı təyin olunacağı gözlənilir.

 "AzPolitika.info” dəqiqləşdirib ki, bu şəxs həqiqətən də Adil Əliyevdir.

Saytımızın əldə etdiyi mlumata görə, Adil Əliyev Bakının Suraxını rayonunun İcra Hakimiyyətinin başçısı təyin olunub.  Bu barədə Prezident sərəncamının yaxın vaxtlarda elan olunacağı gözlənilir.

Suraxını rayonunun İcra Hakimiyyətinin indiki başçısı Əziz Əliyev isə Beylaqana icra başçısı göndərilir.  

Qeyd edək ki,  Adil Əliyev "musavat.com"-a açıqlamasında yazılanlara bu cür reaksiya verib: "Rəsmi xəbər olmadığı halda bir söz deyə bilmərəm".
 
Artıq səlahiyyət müddəti başa çatmış Milli Məclisin vitse-spikerinin Bakının rayonlarından birinə icra başçısı təyin olunacağı gözlənilir.

"AzPolitika.info”-ya daxil olan məlumata görə, bu barədə Prezident sərəncamı tezliklə elan olunacaq.

Məlumatda təyinat gözləyən vitse-spikerin kimliyi dəqiqləşdirilmir, amma çox böyük ehtimalla, bu Adil Əliyevdir.

 

 

Qeyd edək ki, 1 sentyabr növbədənkənar parlament seçkilərində formalaşdırılacaq Milli Məclisin tərkibində olduğu kimi, sədarətində də yenilənmə olacağı ehtimalı böyükdür.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az