Adnan Əhmədzadənin vəkili danışdı

Adnan Əhmədzadənin vəkili danışdı
DTX tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadənin istintaq prosesində hüquqlarını müdafiə edən vəkilin kimliyi məlum olub. 

Bu, Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyevdir.

Miq.az bildirir ki, Gununsesi.info-ya açıqlamasında Şaiq Mirzəyev müdafiə etdiyi şəxsin durumu haqqında danışıb.

Onun sözlərinə görə, Adnan Əhmədzadə özünü yaxşı hiss edir: "Hər hansı təzyiqə məruz qalmayıb. Hər bir proses hüquq üzərindən aparılır”.

"Adnan Əhmədzadə ittihamları qəbul edirmi” sualına gəlincə, vəkil bu barədə danışmaq istəmədiyini deyib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az