Afrində şok görüntü: PKK məscidin divarına... - Foto

Afrində şok görüntü: PKK məscidin divarına... - Foto

Türkiyə ordusunun Afrində həyata keçirdiyi "Zeytun budağı” əməliyyatı zamanı azad edilən kəndlərdən birində axtarışlar zamanı PKK-çıların məscidi qərargaha çevirdikləri üzə çıxıb.

Axar.az xəbər verir ki, terrorçuların uzun müddət məsciddə yaşadıqları, PKK lideri Abdullah Öcalanın şəkillərini məscidin divarlarından asdıqları məlum olub.

Terrorçular məscidin bir hissəsindən mətbəx kimi istifadə ediblər.

Kəndin azad edilməsindən sonra burada həyatın qaydasına düşdüyünü deyən vətəndaşlar, PKK-çıların bu məsciddə əməliyyat planlarını hazırladıqlarını da bildiriblər:

"Hətta buranı xəstəxana kimi də istifadə ediblər. Namaz qılınan bir yeri xəstəxanaya çevirmək hansı əxlaqa sığır?!”

Məlumata görə, terrorçular həmçinin yerli sakinlərin evlərini də əllərindən alaraq, öz məqsədləri üçün istifadə edirmişlər.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az