Agentlik gündəm olan inəklə bağlı araşdırmalara başladı

Agentlik gündəm olan inəklə bağlı araşdırmalara başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "özünüməşğulluq proqramı”nın icrası çərçivəsində əhaliyə verilən mal-qaranın yararsız olması ilə bağlı dəfələrlə mediada və sosial şəbəkələrdə faktlar paylaşılıb. 

Belə hallardan biri də ötən gün Balakən rayonunda yaşanıb. Belə ki, kənd sakini Dövlət Məşğulluq Agentliyinin ona verdiyi heyvanlar barədə müsahibə verərkən inəklərdən biri qəfildən yıxılıb. 

Görüntülər qısa zaman ərzində sosial mediada yayılaraq müzakirələ səbəb olub. Sosial şəbəkə istifadəçiləri heyvanın öldüyünü iddia edərək, bu tip hadisələrin ilk dəfə baş vermədiyini qeyd ediblər. 

Məsələ ilə bağlı  Dövlət Məşğulluq Agentliyinin Strateji əlaqələr departamentinin direktoru Mayis Musayevlə əlaqə saxladıq. 

Qurumun əməkdaşı Yenisabah.az-a açıqlamasında hadisədən xəbərdar olduqlarını bildirib. Onun sözlərinə görə, Dövlət Məşğulluq Agentliyi artıq məsələ ilə bağlı araşdırmalara başlayıb və araşdırmanın nəticəsi barədə cəmiyyətə qısa zaman ərzində məlumat veriləcək. 

Sözügedən kadrları təqdim edirik:



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az