“Ailəsini dağıdan qadın ifaçıları məclisə dəvət etməyin” – “Bu, COVID-dən də təhlükəlidir!”

“Ailəsini dağıdan qadın ifaçıları məclisə dəvət etməyin” – “Bu, COVID-dən də təhlükəlidir!”
"Səsi və sənəti olmayan birini yüksək səhnəyə qaldırıb sənətkar adlandırdıqda, anlamalıyıq ki, mədəni irsimiz komaya düşüb. Onun nə vaxt ayılacağını isə indidən söyləmək mümkün deyil”.

Bu sözləri "Yeni Sabah"a müğənni Ofelya Şabanova deyib. 

O hazırda bəzi "qondarma” musiqi nümunələrinin xalqın zövqünü korladığını vurğulayııb: pizza sifarişi

"Musiqi səhnəsində baş verən tendensiyalardan narazıyam. Bizim ölkədə Azərbaycan musiqisinə aid olmayan mahnılar peyda olub, bunlar xalqın musiqi zövqünü əhəmiyyətli dərəcədə zədələyir. Hətta deyərdim ki, bu, koronavirusdan belə təhlükəlidir”. 

Müğənni bu vəziyyətin təsirkarını yalnız musiqi istehsalçıları və səhnə xadimləri arasında görmür: 

"Bunun günahı özlərini incəsənətin keşiyində duran kimi göstərən bəzi sənət adamlarındadır. Onlar düzgün istiqamət göstərmək əvəzinə, xalqın musiqi zövqünü korlayan nümunələri təşviq edirlər.”

Ofelya Şabanova səsi və sənəti olmayan birini yüksək zirvəyə qaldırıb sənətkar adlandırdıran insanlara da münasibət bildirib:

"Xalqıma səslənirəm: əxlaqı və sənəti olmayan, maddi marağa görə ailəsini dağıdan qadın ifaçıları məclislərinizə dəvət etməyin. Beləcə onlar başqa sahədə özünü sınamağa məcbur olarlar”.

Müğənni musiqinin sosial mesaj vermə gücünü də xatırladıb:

"Musiqi yaranan gündən insanlara mesajlar ötürüb, bəziləri maarifləndirici və ruhlandırıcıdır, bəziləri isə insanın həyatını və dəyərlərini zədələyə bilər. Buna görə də musiqi yalnız əyləncə vasitəsi deyil, həm də cəmiyyətin mənəvi sağlamlığını qoruyan bir gücdür. Sənətkar məsuliyyətini dərk etməli, həm musiqi, həm də əxlaq baxımından cəmiyyətə nümunə olmalıdır. ” 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az