Ağır döyüşlər gedir, rus ordusunun komandirləri... - Kəşfiyyat

Ağır döyüşlər gedir, rus ordusunun komandirləri... - Kəşfiyyat

Donbas və Xerson istiqamətində ağır döyüşlər davam edir. Rusiya ordusunun komandirləri dilemma ilə üzləşməkdə davam edirlər. Onlar ya şərq tərəfdə hücum təmin etməli, ya da qərb istiqamətində müdafiəni gücləndirməlidirlər".

Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən məlumat yayıb. .

Məlumata əsasən bir neçə gün əvvəl Rusiyanın Belqorod vilayətində, Ukrayna sərhədindən 10 km aralıda, Barvinok yaxınlığında Rusiya ordusunun hərbi maşınlarının təmirini həyata keçirən obyekt aşkarlanıb:

"Burada ən azı 300 zədələnmiş maşın olub. Onların sırasına tanklar, zirehli döyüş maşınları da daxildir. Rusiya Ukraynada əməliyyat zamanı zədələnmiş minlərlə döyüş maşınının çıxarılması və təmiri üçün mübarizəni davam etdirir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az