Hara özümü vururam, tapa bilmirəm. Usta da tələsdirir, narahatam ki, işim qalacaq. Sürücüyə dedim, sür Sabunçuya, orada bir təsərrüfat mağazası var, ora baxaq. Seyid, təsərrüfat mağazasına çatar-çatmaz gördüm, orada dörd dənə mən istəyən nerjaveyka. Dördü də bir-birinin yanında qoyulub, gəl apar… Cəddini çağırmışdım! Kömək elədi. Aldım apardım, ustaya verdim, mən gəlincə Amerikadan, düzəltdi qoydu yerinə… Ona mən çox inanıram.
Elə insanlar Allah tərəfindən vasitəçi, korrespondent kimi yaradılır.” Akif Əlizadə AMEA-nın prezidenti olduğu vaxtlarda alimlərə düşən evləri qahmarlayanda da yəqin ki, Ağanın cəddinə and içib. Həqiətən də bu görməmiş hərəkətə görə ona heç bir irad tutulmadı…
P.S. Qərbin nəhəng alimlərinin əksəriyyəti Allaha inanıblar. Bizimkilər isə…Mən də Mir Mövsüm Ağanın cəddinə dua edirəm ki, Akif müəllim 100 yaşı haqlasın.
Etibar Əliyev