”Əgər ermənilərin Bakıya gəlişinə qadağa qoyulmasa, tərəfimizdən elə bir hadisə baş verəcək ki, hakimiyyət, beynəlxalq təşkilatlar və ermənilər peşman olacaqlar”
Bakıda işə başlayan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci Regional Konfransında Ermənistan nümayəndə heyətinin də iştirak edəcək. Ermənistan da FAO-nun üzvü olduğundan, tədbirə rəsmən dəvət olunub. Onlar tədbirdə iştirak etmək üçün Bakıya gələcəklərini rəsmən təsdiqləyiblər.
“Vətəninfo.az” açıqlamasında ermənilərin növbəti dəfə ölkəmizə gəlməsinə münasibət bildirən QAT-ın sədri Akif Nağı bildirib ki, düşmən ölkənin nümayəndələrinin həddən çox ölkəmizə gəlməsinə, tədbirlərdə iştirak etməsinə şərait yaradırlar: “Bunun qarşısını almaq üçün dəfələrlə etirazımızı bildirmişik, aksiyalar təşkil etmişik. Polis hər dəfə bu aksiyalarımızın qarşısını alıb, insanlarımızı döyüb. Hər dəfə də eyni məsələləri təkrarlamaq mənasız bir vəziyyətə gətirib çıxarar”-deyən QAT sədri vurğulayıb ki, düşünürük ki, Azərbaycan hakimiyyətinin bu məsələ ilə bağlı konkret mövqeyi olmalıdır. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatların qarşısında məsələ qaldıraraq ermənilərin ölkəmizə gəlməsinə qadağa qoymalıdır. QAT sədri qeyd edib ki, eyni zamanda bu məsələ əsaslandırılaraq göstərilməlidir ki, torpaqlarımız hələ də işğal altında olduğu üçün düşmən dövlətin Azərbaycana gəlməsinin qarşısı birdəfəlik alınsın: “Əgər bunun qarşısını almasalar, səfərlərin birində təşkilat olaraq tərəfimizdən elə bir hadisə baş verəcək ki, hakimiyyət də, beynəlxalq təşkilatlar və ermənilər də peşman olacaqlar. Mən istəməzdim ki, Azərbaycan hakimiyyəti bizi buna vadar etsin”-deyə fikrini tamamladı.
Ramilə