Akif Çovdarovun işçisi türmədə özünü öldürmək istəyib

Akif Çovdarovun işçisi türmədə özünü öldürmək istəyib
Keçmiş MTN-in həbs edilmiş əməkdaşlarından biri təcridxanada intihara cəhd edib. Bu barədə "Azadlıq” qəzetinə məlumatlı mənbədən bəlli olub.

Mənbə bildirir ki, özünü öldürmək istəyən keçmiş MTN-çi Orxan Osmanovdur. O, ləğv edilmiş nazirliyin Energetika və Nəqliyyatda Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı olub. Xatırladaq ki, bu idarənin rəisi hazırda həbsdə olan və çox ağr cinayətlərdə ittiham edilən Akif Çovdarov idi.

Orxan Osmanov hazırda Kürdəxanı təcridxanasında saxlanılır. Mənbə deyir ki, o, bir dəfə özünü öldürmək istəyib, lakin intihar cəhdi baş tutmayıb. Bundan az sonra özünü öldürmək məqsədilə başını divara çırpıb, amma sağ qalıb. Osmanovun özünü öldürməkdə israrlı olduğunu görən təcridxana rəhbərliyi onu daimi nəzarətdə saxlamaq üçün növbəli müşahidəçilik təyin edib.

Osmanovun nəyə görə özünü öldürmək istədiyi bəlli deyil.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az