Akopyan: Sülhməramlılar bu yay Qarabağı tərk edəcəklər

Akopyan: Sülhməramlılar bu yay Qarabağı tərk edəcəklər

Nikol Paşinyan Azərbaycan tərəfinin bütün istəklərini ifadə edən sülh müqaviləsi imzalayacaq.

Axar.az xəbər verir ki, bunu tanınmış erməni siyasi strateqi Vigen Akopyan deyib.

Onun sözlərinə görə, Rusiyanın indi Azərbaycanın əleyhinə getməsi sərfəli deyil:

"Məhz bu səbəbdən Bakı yaxın gələcəkdə qarşıya qoyduğu məqsədlərə nail ola biləcək. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanan kimi Rusiyanın sülhməramlıları Qarabağ ərazisini tərk edəcəklər. Bu isə bu yaydan gec olmayaraq baş verəcək”, - o bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az